IQNA

 Müstəhəb namazların fiqhi baxımdan 9 xüsusiyyəti

19:43 - August 16, 2020
Xəbər sayı: 3487903
Tehran (IQNA) -  İslam dinində insanın fərdi ibadətlərindən sayılan müstəhəb namazların vacib namazlarla bir neçə məsələdə fərqli cəhətləri var.

Bizim hamımız gündəlik vacin namazların bir çox hökmlərini bilirik. Amma müstəhəb namazların hökmlərini bilən az sayda insan var. Buna görə də burada sizə müstəhəb namazların bir sıra xüsusiyyətlərini izah edəcəyik.

Bütün müstəhəb namazların isə 9 müştərək xüsusiyyəti var. O cümlədən: Bütün müstəhəb namazları ucadan və ahəstə; 2- Oturaq ya ayaq üstə; 3- Sabit ya hərəkətdə olan halda qılmaq olar.

4- Bu namazların rəkətlərinin sayında şəkk etmək namazı batil etmir.

5- Bu namazlarda Fatihə surəsindən sonra "ixlas" (tövhid = qul hu vəllah) oxumaq vacib deyil.

6- Fitr, Qurban və Yağış namazlarından başqa digər müstəhəb namazları camaatla qılmaq olmaz.

7- Müstəhəb namazların heç birində Azan və İqamə oxunmur.

8- Müstəhəb namazlarda az və ya çox yersiz kəlamdan ötrü "səcdeyi-səhv" vacib deyil.

9- Müstəhəb namaz qılan insan namaz əsnasında istədiyi vaxt namazdan ayrıla və sonra yenidən qıla və ya qılmaya bilər. /3916895

 

Teqlər: namaz ، vacib ، müstəhəb ، nafilə
captcha